Hərbi attaşelərin yerləri dəyişdirildi


Rəsmi Bakı bir sıra ölkələrdə Azərbaycanı təmsil edən hərbi atteşeləri dəyişib. Ukrayna, Türkiyə, ABŞ və Pakistandakı hərbi attaşelər yeniləri ilə əvəzlənib.

Bundan sonra Azərbaycanın ABŞ-dakı hərbi attaşesi, polkovnik Eldar İsmayılov Fransada, Pakistandakı hərbi attaşesi, polkovnik Daşdəmir Məmmədov Ukraynada, Ukraynadakı hərbi attaşesi, polkovnik Tofiq Qasımov Türkiyədə, Silahlı Qüvvələrin zabiti, polkovnik-leytenant Ağaverdi Quliyev ABŞ-da, polkovnik-leytenant Mehman Novruzov isə Pakistanda hərbi attaşe kimi öz funksiyalarını icra edəcəklər.

Gültən

AzNews.az