Azərbaycanlı müəllim evini satıb helikopter ixtira etdi- Fotolar

Azərbaycanlı müəllim, həvəskar ixtiraçı helikopter hazırlayır.

Bakı sakini Adil Salehov bunun üçün hətta paytaxtın mərkəzindəki mənzilini sataraq Keşlə qəsəbəsində həyət evi alıb.

İxtisasca riyaziyyat müəllimi olan Adil Salehovun dediyinə görə, helikopter hazırlamağa uşaqlıqdan marağı olsa da, vaxt məhdudiyyəti arzularını gerçəkləşdirməyə imkan vermirdi.

Ancaq sonda ilk addımlarını atmaq qərarına gəlib.

Onun sözlərinə görə, hazırladığı helikopter bir nəfərlikdir. Çəkisi 160 kq olan uçan aparatın mühərrikini də özü yığıb. Müxtəlif ölkələrdən detallar sifariş edərək əməyinin məhsulunu havaya qaldıracaq mühərrik hazırlayıb: "Bu yaxınlarda test edəcəyik. Helikopteri havaya qaldırmaq üçün yəqin ki, professional pilota müraciət edəcəyik. Ümid edirəm ki, əməyim boşa getməz" ("Milli.az")
image description image description image description image description image description