- Köhnə - Cəmiyyət
- 3 Mart 2014 21:15
- 2 046
Xəzəryanı dövlətlər layihə müzakirə ediblər

Trend-in Türkmənistan hökumətinə istinadən verdiyi məlumata görə, görüşdə Xəzər dənizində fövqəladə halların xəbərdar edilməsi və onların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq üzrə sazişin layihəsi müzakirə olunub.
Saziş layihəsi Türkmənistan tərəfindən hazırlanıb.
Bundan başqa, Türkmənistan Xəzəryanı dövlətlərin ətraf mühitin mühafizəsi sahəsində səylərinin birləşdirilməsi məqsədilə BMT-nin himayəsi altında yeni əməkdaşlıq mexanizmi - Xəzər dənizi üzrə beynəlxalq ekoloji dialoqun yaradılmasını məqsədəuyğun sayır.
AzNews.az