“İlin oxucusu” və “İlin məqaləsi”nin təqdimat mərasimi- Foto

Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasında (APFM) "Finansist" jurnalının "İlin oxucusu" və "İlin məqaləsi" diplomlarının təqdimetmə mərasimi keçirilib. Jurnaldan AzNews.az-a verilən məlumata görə, dərginin layihə rəhbəri Nuriyyə Novruzova və baş redaktoru Ramil Bağırov çıxış edərək nominantları təbrik ediblər.

Çıxış edənlər bildiriblər ki, jurnal iqtisadiyyat və maliyyə sahəsində çalışan peşəkar mütəxəssislər üçün faydalı tədris vəsaiti kimi mühüm rol oynayır.

Keçirilən müsabiqələrdə oxucu fəallığının artmasınən sevindirici hal olduğunu diqqətə çatdıran natiqlər bu amilin "Finansist"in inkişafında böyük önəm kəsb etdiyini söyləyiblər.Mərasimdə qeyd edilib ki, jurnal maliyyəçilərin beynəlxalq təcrübəyə əsaslanaraq peşəkar inkişafı üzrə yeniliklərini təbliğ edir.

AzNews.az