İlham Əliyev Ağdaşda Heydər Əliyev parkında oldu

Azərbaycan prezidenti İlham Əliyev Ağdaşa səfəri çərçivəsində Heydər Əliyev parkında aparılan yenidənqurma işləri ilə tanış olub.

AzNews.az - ın xəbərinə görə, dövlət başçısının diqqətinə çatdırılıb ki, rayon sakinlərin mənalı istirahəti, ağsaqqalların, gənclərin və uşaqların asudə vaxtının səmərəli təşkili üçün 7 hektar ərazidə yerləşən Heydər Əliyev parkında ardıcıl olaraq yenidənqurma və tikinti-quraşdırma işləri aparılır.

İki süni göl və 11 fəvvarənin olduğu parkda müasir işıqlandırma sistemi, müxtəlif attraksionlar, ana və uşaq istirahət mərkəzi, gənclər kafesi, mini avtodrom yaradılıb. Görülən işlər çərçivəsində açıq fitnes, 5D kino zalı, tir atıcılıq mərkəzi də qurulmuş, müasir dizaynda oturacaqlar qoyulub.


AzNews.az