Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində 22 ölkədən 500 nəfərədək əcnəbi cəza çəkir. Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində 22 ölkədən 500 nəfərədək əcnəbi cəza çəkir.

Azərbaycan həbsxanalarında 500 əcnəbi saxlanılır

Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində 22 ölkədən 500 nəfərədək əcnəbi cəza çəkir.



Bu barədə "Trend"-in rəsmi sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Penitensiar xidmətindən bildiriblər.

Qeyd edilib ki, Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində Belarus, Böyük Britaniya, Çin, Əfqanıstan, Gürcüstan, Hindistan, İordaniya, İran, İsrail, Qazaxıstan, Litva, Nigeriya, Pakistan, Rusiya, Türkiyə, Ukrayna, Suriya, Kamboca, Slovakiya, Kamerun, Özbəkistan və Türkmənistan vətəndaşları cəza çəkirlər.

Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində saxlanılan xarici ölkə vətəndaşları arasında Rusiya, Özbəkistan, İran, Türkiyə və Gürcüstan vətəndaşları əksəriyyət təşkil edirlər. Onlar əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, oğurluğa və sərhəd pozuntusuna görə məhkum olunmuş şəxslərdir.

Qeyd edilir ki, cəzaçəkmə müəssisələrində cəza çəkən xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulmuş hüquqları tam təmin olunur. Təmsil olunduqları ölkələrin diplomatik nümayəndəliklərinə həmin şəxslərə baş çəkilməsi üçün müvafiq şərait yaradılır.