Bircə toy çadırı çatışmır... – erməni polkovnikə cavab

Erməni politoq Melik-Şahnazaryanın son vaxtlar Azərbaycana qarşı böhtan dolu çıxışlarına İbrahim Rüstəmovdan sərt reaksiya verilib.


Aznews.az tanınmış hərbi jurnalistin erməni politoloqa ünvanladığı açıq məktubunu oxuculara təqdim edir:


Levon Qrantoviç, gəncəli dostumun danışdıqlarını hələ də unuda bilmirəm...
Əxlaqi dəyərlərə həmişə fövqəladə həssaslıqla yanaşan bir insan kimi, düşmən cəbhəsinə ünvanladığım məktubumu bu cümlə ilə başlamağım bəlkə də gözlənilməz və qəribə təsir bağışlayır. Lakin reallığın və həqiqətin amansız diqtəsi nə güzəşt tanıyır, nə də dost-düşmən. Həm də biz normal məntiqin alt qatlarında günü-günə calayanlardan, hər ayın sonunda alacağı məvaciblə təsəlli tapanlardan, paqon-filan altında gizlənib mürgüləyə-mürgüləyə toplumun içində əriyənlərdən, bir sözlə, baş girləyənlərdən deyilik axı. Özümüzə görə yükümüz, yükümüzə görə çəkimiz var...

***

Fikirlərimi bölüşə-bölüşə hər cümləmdə, hər kəlməmdə, hər durğu işarəmdə, hətta "probellərdə" belə birinci cümləmin "ayaq səslərini" eşidirəm və qeyri-adi narahatlıqla o cümlənin "çırpıntılarına" qulaq yoldaşı oluram. Onu deyirdim axı, Levon Qrantoviç, gəncəli dostumun danışdıqlarını hələ də unuda bilmirəm... Əxlaqi dəyərlərə həmişə fövqəladə həssaslıqla yanaşan bir insan kimi, bu bənzərsiz yaddaş sədaqətini uğurlu nümunə saymaq məndən ötrü çox çətindi. Ancaq bu məsələdə ünvan sahibinin günahını, sərhəd-filan tanımayan anlaşılmaz canfəşanlığını da öz üzərimə götürmək niyyətində deyiləm. Məndən olsa, daha vacib məsələyə, daha mühüm ünvana üz tutardım, daha vacib məsələdən, daha mühüm ünvandan yazardım. Ancaq indiki məqamda o cümlənin üstündən sükutla keçmək, o cümləni unutmaqdan heç də asan deyil. Onu da deyim ki, etirafımın səmimi qarşılanacağına inamım çox azdı; ömrünü hərbdə keçirmiş bir insan kimi, indiyədək qarşı tərəfdən gördüklərim, eşitdiklərim və yaşadıqlarım ümidlərimi nadir hallarda doğruldub. Mən həm də öz cəbhəmdə zaman-zaman mənəvi təpkilərə məruz qalan və hər şeyi təmsil etdiyim dövlətin milli maraqlarına güzəştə getməyi bacaran hərbi jurnalistlərdənəm. Kim olur olsun, həyat fəlsəfəmin qafiyəsini pozan, gördüyüm işlərə aşağıdan yuxarı kölgə salmağa çalışan nə varsa, eynimə gəlməz: bar verən ağaca daş atarlar...

***

Maraqlıdı, elə hey ürəyimə çırpılan o cümlənin qeyri-adi inadkarlığını və onun aramsız inadkarlığı qarşısındakı gücsüzlüyümü normal məntiq də təqdir edir, amma gəlin yalançı vətənpərvərliyi bir kənara ataq və əsl həqiqətdən danışaq. Həqiqət isə budur ki, Levon Qrantoviç, gəncəli dostumun danışdıqlarını hələ də unuda bilmirəm... Ancaq danılmaz əxlaq kodeksi, ermənilərin dillə desək, əsl türklüyüm birbaşa mətləb üstünə gəlməyimə imkan vermir. Bundan ötrü mən hələ çox məsələləri qabartmalı, yaralarımın qaysaqlarını qopartmalıyam. Çünki erməni zimVORneri kimi ləyaqətsiz və şərəfsiz deyiləm.


***

Xocalıda keçirdiyiniz "imza günü" həm tarixin, həm də insanlığın ən murdar nümunəsi kimi yaddaşımın bütün qatlarında həmişə diridi, həmişə ayıqdı. Ancaq mənim yaddaşımda, həm də o faciədən az sonra, təcavüzdən və ölümdən qurtardığım cavan, yaraşıqlı bir erməni gəlini və onun südəmər körpəsi də var. Bununla öyünmürəm. O gəlinin iki daşın arasında, məni öz övladının atası kimi tanımasını da hərbi xidmətimin ən böyük uğuru kimi qələmə vermək niyyətim yoxdu. Ancaq o gəlinin öz erməni ərini, uşağının atasını danması artıq sənin kimi özündənrazı ermənilər üçün sarsıdıcı faktdır; həm də, hamınız inanın, birinci və sonuncu nümunə deyil. Çünki öz simanızda təqdir etdiyiniz heç bir şərəfsizlik, heç bir amansızlıq bir türk əsgərinin tarixdəki möhtəşəm obrazını dəyişə bilməyəcək! "Xocalı işi: xüsusi qovluq"da da, "Erməni xarakteri"ndə də bütün bunları oxumaq istəyirəm...

***

Azərbaycanda – dünyanın sayılıb-seçilən güc mərkəzində xüsusilə sənin kimi ermənilər üçün təəssüf doğuracaq görünməmiş ciddi bir fərqlilik yaşanır. Xalqın dövlətə və dövlət başçısına inamı yalnız gündəlik həyat qayğıları ilə məhdudlaşmır, əksinə, nəinki Qarabağa, həm də Göyçə, Zəngəzur kimi tarixi torpaqlarımızadək boy verir, böyüyür. Böyüyən təkcə inam deyil ancaq, Levon Qrantoviç. Azərbaycan adına yaxşı nə varsa, hər şey tərəqqidədir. Bakının da, ikinci başkəndimiz Gəncənin də, Sumqayıtın da... əhatə dairəsindədi bu tərəqqi. Bax Gəncə dedim, yenə də gəncəli dostumun danışdıqları yadıma düşdü. Ancaq bu dəfə onun sözlərinin üstündən sükutla keçmək niyyətim yoxdu. Olanları danışacağam. Axı həqiqət hamıdan və hər şeydən güclüdü. Qoy sadə camaatınız "qəhrəman ideloqlarının" əsl simasını görsün və tanısın...

***
Gəncə, həm də bir vaxtlar sənin və sənin kimi çoxsaylı ermənilərin bölüşdüyü "vətən" - müqəddəs Azərbaycan torpağıdır. Doğulub boya-başa çatdığın, ta o "zifaf" gecəsini yaşadığın vaxtadək sən bu yurdun çörəyini yemisən, suyunu içmisən. Özü də nə az, nə də çox, düz on altı il. İndi mən neynəyim ki, ermənilər üçün üzüağ olan o günlərdən sən üzüqara çıxmısan. Onun-bunun altına yıxıla-yıxıla ÜZDƏNİRAQLIĞINA öz əlinlə, öz xoşunla ömürlük möhür vurmusan. İndi bunu "vətənpərvərliyinlə" nə qədər pərdələməyə çalışsan da, həqiqəti dana, reallığı gizlədə bilməzsən. Ən azı ona görə ki, sənin kimi ideoloqların meydan suladığı bir məkanda, xüsusilə ordunuzda üzdəniraqlıq artıq ənənə halına çevrilib. Bircə toy çadırı, toy masası çatışmır... Doğrudan da, hər doğulan üzdəniraq Allahın yaratdığı deyil.

Bax belə, Levon Qrantoviç, bu da gəncəli dostumun dedikləri. Təfərrüatlarını, sağlıq olsun, üzbəüz danışaram. Göyçədə, Zəngəzurda görüşəndə...