YAP Qaradağ rayon Təşkilatının yaradılmasının 22 illiyi və Gənclər Birliyinin hesabat-seçki konfransı ilə bağlı tədbir keçirilib. YAP Qaradağ rayon Təşkilatının yaradılmasının 22 illiyi və Gənclər Birliyinin hesabat-seçki konfransı ilə bağlı tədbir keçirilib.

YAP rayon təşkilatı yubileyini qeyd etdi - FOTO

YAP Qaradağ rayon Təşkilatının yaradılmasının 22 illiyi və Gənclər Birliyinin hesabat-seçki konfransı ilə bağlı tədbir keçirilib.




AzNews.az-ın verdiyi xəbərə görə, rayon icra başçısının müavini Təranə İsmayılova, "SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev, partiyanın rayon təşkilatının sədri Aydın Hüseynov iştirak edib.

Aydın Hüseynov bildirib ki, Azərbaycan gəncliyinin inkişafı və gənclər siyasətinin formalaşması Heydər Əliyevin adı ilə bağlıdır.

Bəhruz Quliyev qeyd edib ki, respublikamızda ilk yaranan təşkilatlardan biri olan YAP Qaradağ rayon təşkilatı özünün fəaliyyət istiqamətinə görə hər zaman ön mövqelərdə qərarlaşıb.

Qaradağ rayon İcra Hakimiyyəti Başçısının müavini Təranə İsmayılova da öz çıxışında Gənclər Birliyi idarə heyətinin üzvlərinə uğurlar arzulayaraq qeyd edib ki, gənclərdə milli təəssübkeşlik hissi nə qədər yüksək olarsa, bu da öz növbəsində onların fəaliyyət istiqamətlərinə bir o qədər işıq saçmış olar.