Çox oturan tez ölər

Bir çoxlarımız iş tələbi və gərəyi ilə bağlı demək olar ki, oturaq həyat keçiririk. Lakin gün ərzində 10 saatdan artıq oturaq həyat tərzi keçirən insanlar sağlamlığını ciddi təhlükə qarşısında qoyurlar. Belə ki, bu cür həyat təriz insan səhhəti üçün olduqca zərərlidir.

Bu qənaətə Kanadanın Ontario uşaq xəstəxanasının alimləri apardıqları araşdırmalardan sonra gəliblər. Çox saat oturaq həyat tərzi keçirməyin mənfi nəticələrindən hətta ən yaxşı fiziki formada olan insanlar da qaça bilmir. Təcrübələr uşaqlar üzərində aparılıb. Onlar maraqlı televerilişlərə baxan müddətdə uşaqların qan təzyiqi və nəfəsalma templəri öyrənilib. Tədqiqatçıları hər şeydən öncə uşaqların saatlarla məktəb partası arxasında əyləşəndən sonra kompyuter masasının arxasına keçmələri , yaxud televiziya verilişlərinə baxması məsələsi daha çox narahat edir. Çünki tədqiqatların nəticələri o qədər də ürək açan deyil. İki saatdan yeddi saata qədər oturanda qanda şəkərin miqdarı artır və faydalı xolesterinin səviyyəsi aşağı düşür. Nəticədə, osteoporoz xəstəliyini yaradan faktorlar ortaya çıxır. 2 - 7 saat oturduqdan sonra uşaqların qanında şəkərin miqdarı aşağı düşüb. Həmçinin "yaxşı" xolosterin də azalıb.

Onkoloji xəstəliklərə tutulmaq və piylənmə riski artır...

Gün ərzində 7 saatdan artıq oturaq işlə məşğul olan qadınlarda isə gün ərzində 3 saat oturaq işlə məşğul olan qadınlarla müqayisədə onkoloji xəstəliklərə tutulmaq riskləri artır. Çox oturmaq kökəlməyə də səbəb olur. Alimlər müəyyənləşdiriblər ki, hər gün 2 saat oturmaq piylənmə risqini 5 faiz artırır.

Sümük zəifliyinə səbəb olur...

Günün çox hissəsini oturaq tərzdə keçirən insanların qan-damar sistemi daralır, əzələlərin elastikliyi azalır. Araşdırmalara görə, günün çox hissəsini oturaq tərzdə keçirən insanların sümükləri zəifləyir, qan-damar sistemi daralır, əzələlərin elastikliyi azalır, beldə, boyunda ağrılar, oynaqlarda şəkil pozuqluğu meydana çıxır. Bunun qarşısını almaq üçün tez-tez qalxıb gəzinmək, əzələləri, oynaqları hərəkət etdirmək lazımdır.

Bəs bütün bunaların qarşısını necə almalı?

Saatlarla oturmaqla yanaşı, dirsəklənmək də orqanizmə xoş vədlər vermir. Bütün bunların qarşısını almaq üçün deyildiyi kimi, tez-tez durub gəzinmək, oturanda kürəyi dik tutmaq, masa arxasında çalışarkən əyilməyəcək tərzdə oturmaq, yəni oturuş qaydasını pozmamaq, masa ilə vücud arasında qolları sərbəst tərpətmək üçün ara məsafəni saxlamaq lazımdır. Bir saatdan bir qalxıb 5-10 dəqiqə gəzərkən əzələləri hərəkət etdirmək, müxtəlif idman hərəkətləri ilə məşğul olmaq vacibdir.

Gün ərzində 2 saatdan çox ekran qarşısında oturmaq isə infarkt riskini artırır…

London Universitetində işləyən Emanuel Stamatakis və qrupunun apardığı araşdırmada, 4512 şotlandiyalı iştirak edib. 4 il ərzində davam edən araşdırmada, iştirakçılardan gündə neçə saat televizor və ya DVD izlədikləri, işdən kənar neçə saat kompüterdən istifadə etdikləri, ya da video oyunu oynadıqları haqda sorğu keçirilib. Verilən məlumata görə, 4 il ərzində iştirakçılardan 325 nəfər ürək xəstəliklərindən və infarktından ölüb, 215 nəfər infarkt keçirib.

Bu şəxslərin vərdişlərini araşdıran mütəxəssislər gündə 4 saatdan çox ekran qarşısında olan (işdən kənar) şəxslərin ölüm ehtimalının, ekran qarşısında 2 saatdan az oturanlarda 48% çox olduğu müşahidə olunub. Stamatakis işdən gəldikdən sonra bir çoxlarının saatlarla televizor izləmək vərdişinin olduğunu, bu vərdişin də ürək və ümumi sağlamlıq üçün təhlükə törətdiyini açıqlayıb.

Sevinc Fədai
AzNews.az