Azərbaycan ərazisi ilə Qazaxıstan neftinin tranziti 7 mln. tona çatdırıla bilər

2027-ci ilə qədər Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə tranziti potensialın ildə 7 milyon tona qədər artırılması planlaşdırılır.

Aznews.az xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclası zamanı energetika naziri Pərviz Şahbazov bildirib.

"Enerji sektorunda SOCAR və “KazMunayQaz” arasında Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranziti üzrə əməkdaşlıq uğurla inkişaf edir", - nazir qeyd edib.

Onun sözlərinə görə, 2023-cü ildən indiyədək BTC kəməri ilə 3,4 milyon ton Qazaxıstan nefti dünya bazarına çıxarılıb.