Arif Alışanov baş redaktoru işdən çıxartdı - AzTV-də daha bir kadr dəyişikliyi

Baş redaktor radioya müxbir təyin edilib



Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində daha bir nəfər vəzifəsindən uzaqlaşdırılıb.

QSC-dəki etibarlı mənbələrdən AzNews.az-a daxil olan məlumata görə AzTV-nin Hərbi Vətənpərvərlik redaksiyasının baş redaktoru Firuz Kazımoğlu vəzifədən çıxarılıb.

Qurumun sədri Arif Alışanov F.Kazımoğlunu radionun Xəbərlər redaksiyasında müxbir vəzifəsinə təyin edib. Lakin onun baş redaktorluqdan uzaqlaşdırıldıqdan sonra işə gəlmədiyi bildirilir.

Hərbi Vətənpərvərlik redaksiyasının boş qalmış baş redaktorluq postuna isə
həmin redaksiyanın rejissoru Əlimürsəl Hacızadə gətirilib.

Nigar