Videoda adı keçən Abbasquliyev artıq daxili işlər orqanlarında çalışmır Videoda adı keçən Abbasquliyev artıq daxili işlər orqanlarında çalışmır

Elşad Abdullayev DİN əməkdaşını işdən qovdurdu

Videoda adı keçən Abbasquliyev artıq daxili işlər orqanlarında çalışmır



ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı sonuncu video gürüntüdə adı keçən polis əməkdaşı işdən qovulub.

APA-nın əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin əvvəllər 7-ci şöbə adlanan xüsusi idarəsinin əməkdaşı Abbasquliyev familiyalı əməkdaşı əməlinə görə daxili işlər orqanlarından uzaqlaşdırılıb.

DİN-in mətbuat xidmətindən APA-ya faktı təsdiqləyərək bildiriblər ki, həmin videoda adı keçən Abbasquliyev artıq daxili işlər orqanlarında çalışmır.

Onu da əlavə edək ki, video görüntüdəki polis əməkdaşı məxfi idarədə çalışdığı üçün onun adı açıqlanmayıb.

Qeyd edək ki, E. Abdullayev qardaşı Mahir Abdullayevin yoxa çıxması mövzusunda DİN 7-ci şöbəsinin əməkdaşları ilə söhbətini əks etdirən gizli videoçəkilş yayılıb. Həmin video görüntüdə DİN-in əməkdaşı M. Abdullayevin nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığını bildirib.

Azərbaycanın baş prokuroru Zakir Qaralov bir müddət əvvəl jurnalistlərə verdiyi açıqlamasında Elşad Abdullayevin qardaşı, Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı 1 il 4 ay ərzində onun ailəsinin istintaq orqanları ilə heç bir əməkdaşlıq etmədiyini bildirib: "İstintaq dövründə onlar həmişə müxtəlif kriminal ünsürlərlə əlaqə yaradıblar ki, guya qardaşları oğurlanıb, istintaq nə onun qətli, nə də oğurlanmasını sübuta yetirib. Bir daha bildirirəm ki, həmin işin istintaqı bu gün də davam etdirilir. Elşad Abdullayevin bildirdiyinə görə, guya əvvəlki dövrlərdə o qardaşının buraxılması üçün müxtəlif insanlara pullar verib, bütün bunlarla bağlı onda materiallar var. Həmin videoları da o istintaqa təqdim edib, onlar da araşdırılır", - deyə baş prokuror qeyd edib.

Baş prokuror deyib ki, Mahir Abdullayevin tapılması üçün Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri lazımı tədbirlər həyata keçirir.


AzNews.az