Hündür qızların nəzərinə - “AZAL” işçi axtarır

“Azərbaycan Hava Yolları” Qаpalı Səhmdar Cəmiyyətində təyyarə bələdçisi işləmək istəyən qızların nəzərinə!


"Azərbaycan Hava Yolları" QSC təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edib.

AzNews.az xəbər verir ki, 2015-ci il sentyabr ayının 10-dan oktyabr ayının 10-dək saat 10.00-dan 13.00-a kimi davam edəcək qəbulda namizədlər müsabiqə yolu ilə seçiləcəklər.

Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən aşağı və 180 sm-dən çox olmayan; azərbaycan, rus, inglis və ya digər xarici dillərdə sərbəst danışmağı bacaran, xarici görünüşü xoşagəlimli qızlar iştirak edə bilər.

Müsabiqədə iştirak üçün aşağıdakı sənədlərin əsli və surətləri tələb olunur:
- şəxsiyyət vəsiqəsi;
- bir fotoşəkil (3х4);
- xarici pasport;
- diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa).

Bütün sənədlər "Azərbaycan Hava Yolları" QSC-nin Kadrlar İdarəsinə təqdim olunmalıdır.