Azərbaycan Prezidenti İlham Əliyev "Kürdəmir şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb. Azərbaycan Prezidenti İlham Əliyev "Kürdəmir şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

İlham Əliyevdən Kürdəmirlə bağlı 3 milyonluq sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev "Kürdəmir şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.


AzNews.az-ın məlumatına görə, sərəncamda bildirilir ki, dövlət başçısı Kürdəmirdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 21 çoxmənzilli binanın əsaslı təmiri məqsədilə Kürdəmir Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 3 milyon manat ayrılmasını qərara alıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.