Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Ələsgər Məmmədoğlu səhhətində yaranmış problemlə bağlı açıqlama verib. Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Ələsgər Məmmədoğlu səhhətində yaranmış problemlə bağlı açıqlama verib.

Xəstəxanaya düşən Əməkdar artist: “Həkimlər dedi ki...”

Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Ələsgər Məmmədoğlu səhhətində yaranmış problemlə bağlı açıqlama verib.


AzNews.az-a danışan aktyor dünən gecə saatlarında yaxın qohumunu xəstəxanaya apardığını, lakin halının qəfildən dəyişdiyini bildirib: "Gecə saatlarında yaxın qohumumu Binəqədi rayon Xəstəxanasına aparmışdım. Onu müayinədən keçirərkən halım dəyişdi, təzyiqim qalxdı. Həkimlər belə vəziyyətdə evə gedə bilməyəcəyimi bildirdilər. Gecəni xəstəxanada saxladılar".

Aktyorun sözlərinə görə, səhər saatlarında təzyiqi normallaşıb, hazırda vəziyyəti yaxşıdır.

Bahar RÜSTƏMLİ
AzNews.az