Azəri Gənclər Alyansı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənclər yaşıl həyat naminə” mövzusunda layihə həyata keçirir. Azəri Gənclər Alyansı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənclər yaşıl həyat naminə” mövzusunda layihə həyata keçirir.

Sumqayıtda ağacəkmə aksiyası - Fotolar

Azəri Gənclər Alyansı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənclər yaşıl həyat naminə” mövzusunda layihə həyata keçirir.

AzNews.az xəbər verir ki, layihə çərçivəsində noyabrın 5-dən 7-dək Sumqayıt şəhərində 50-dən çox fəal gənclər üçün seminar keçirilib, noyabrın 12-də isə gənclər tərəfindən Sumqayıtda ağac əkmə aksiyası təşkil edilib. Layihə iştirakçıları Azərbaycanın simvollarından olan nar ağaclarının əkilmə mərasiminə könüllü şəkildə böyük maraq göstərərək qatılıb. Aksiya Ə.Əliyev adına Sumqayıt Tibb kollecinin həyətində baş tutub. Azəri Gənclər Alyansının sədri Leyla Məmmədli ağac əkmə mərasimində 30-dan çox Sumqayıtlı gənc fəala bu mühüm aksiyada iştirak etdiklərinə görə minnətdarlığını bildirib.

Sumqayıt Tibb Kollecinin direktoru Eyvazov Rafayıl Sumqayıt şəhərinin yaşıllaşdırılmasına xüsusi önəm verildiyini və bu aksiyada xüsusi fəallıq göstərən kollecin tələbələri ilə fəxr etdiyini qeyd edib. Layihə ekspertləri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Vüsal İbrahimli, Elmir Musayev və Sumqayıt şəhər İcra hakimiyyətinin Gənclər idarəsinin nümayəndəsi Ceyhun Hüseynov aksiya iştirakçılarına uğurlar diləyərək bu tipli maarifləndirici layihələrin davamlı olmasını vacibliyini vurğulayıb və gəncləri ətraf mühitin qorunmasına biganə qalmamağa çağırıb.

Sonda ağac əkmə mərasimində iştirak edən layihə iştirakçılarına xüsusi hazırlanan köynək və papaq paylanılıb, xatirə şəkilləri çəkilib.
image description image description image description