Bakının Yasamal rayonunda partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı polisə anonim zəng daxil olub. Bakının Yasamal rayonunda partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı polisə anonim zəng daxil olub.

Bakıda bomba həyəcanı

Bakının Yasamal rayonunda partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı polisə anonim zəng daxil olub.


AzNews.az-ın lent.az-a istinadən məlumatına görə, zəng edən şəxs Zivərbəy Əhmədbəyov küçəsindəki binalardan birinə partlayıcı yerləşdirilməsi ilə bağlı informasiya verib. Dərhal ərazi üzrə polis bölməsi və müvafiq orqanlar məlumatlandırılıb və qeyd edilən ərazidə axtarış aparılıb.

Axtarış nəticəsində həmin ünvanda partlayıcı qurğu və ya digər təhlükəli əşya tapılmayıb.

İlkin araşdırma nəticəsində anonim zəngin elə Z.Əhmədbəyov küçəsindəki taksafondan edildiyi üzə çıxıb.

Araşdırmalar davam etdirilir.