Noyabrın 23-də metronun “Azadlıq Prospekti” stansiyasının yaxınlığındakı “Muğanbank”ın qarşısında özünü yandıraraq intihara cəhd edən Naxçıvan sakini Malik Hüseynovun vəziyyəti ağırdır. Noyabrın 23-də metronun “Azadlıq Prospekti” stansiyasının yaxınlığındakı “Muğanbank”ın qarşısında özünü yandıraraq intihara cəhd edən Naxçıvan sakini Malik Hüseynovun vəziyyəti ağırdır.

Nazirlikdən özünü yandıran kişi ilə bağlı - Açıqlama

Noyabrın 23-də metronun “Azadlıq Prospekti” stansiyasının yaxınlığındakı “Muğanbank”ın qarşısında özünü yandıraraq intihara cəhd edən Naxçıvan sakini Malik Hüseynovun vəziyyəti ağırdır.


Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səfayə Əhmədovanın AzNews.az-a verdiyi məlumata görə, Malik Hüseynov hazırda xəstəxananın reanimasiya şöbəsindədir: "Xəstə üçüncü dərəcəli yanıq xəsarəti alıb. Tənəffüs yollları yanıb. Xəstəyə hər cür tibbi yardım göstərilib. Yaxşılaşması üçün bütün lazımi işlər görülüb. Amma vəziyyəti ağırdır".

Qeyd edək ki, "Muğanbank"a olan borcunu ödəyə bilmədiyi üçün M.Hüseynovun avtomobili müsadirə olunub.Banka borclu olan şəxs də Binəqədi filialının qarşısına gələrək, üstünə benzin töküb və yandırıb.

Sevinc YASİNQIZI
AzNews.az