Sabah Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevlə vida mərasimi keçiriləcək. Sabah Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevlə vida mərasimi keçiriləcək.

“Akademik II Fəxri Xiyabanda torpağa tapşırılacaq” – İsa Həbibbəyli

Sabah Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevlə vida mərasimi keçiriləcək.


Bu barədə məlumatı AzNews.az-a Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli deyib.

O qeyd edib ki, akademik sabah II Fəxri Xiyabanda torpağa tapşırılacaq: "Tofiq Hacıyev dilçilik elminin və türkologiyasının tanınmış görkəmli nümayəndələrindən biri idi. Sabah Azərbaycan Elmlər Akademiyasının Hüseyn Cavid prospektində yerləşən əsas binasının dairəvi zalında saat 12-də Tofiq müəllimlə vida mərasimi olacaq".


Qeyd edək ki, Tofiq Hacıyev bu gün dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Sevinc YASİNQIZI