Azərbaycan Nəşriyyatı çap xərclərini artırdığına dair redaksiyalara məktub göndərib Azərbaycan Nəşriyyatı çap xərclərini artırdığına dair redaksiyalara məktub göndərib

“Azərbaycan” Nəşriyyatı qiymətləri qaldırdı - 25%

Azərbaycan Nəşriyyatı çap xərclərini artırdığına dair redaksiyalara məktub göndərib

Azadlıq qəzetinin məlumatına görə, nəşriyyatın baş direktoru Ağabəy Əsgərovun imzası ilə göndərilən məktubda qeyd olunur ki, respublikaya gətirilən bütün növ poliqrafiya materiallarının qiymətləri kəskin artıdığı üçün nəşriyyat çap xərclərinə dəyişiklik etmək məcburiyyətindədir.

Yanvarın 5-dən etibarən çap xərcləri 25% artırılır. Həmin tarixdən çap xərcləri yeni qiymətlərlə ödənilməlidir.

Xatırladaq ki, ölkədə çap edilən əksər qəzetlər artıq qiymətləri ən azı 10 qəpik artırıblar.