Sabunçu Rayon Polis İdarəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubov Nardaran qəsəbə sakinlərindən bir qrupu ilə görüşüb. Sabunçu Rayon Polis İdarəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubov Nardaran qəsəbə sakinlərindən bir qrupu ilə görüşüb.

Ramil Usubov nardaranlılarla görüşdü

Sabunçu Rayon Polis İdarəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubov Nardaran qəsəbə sakinlərindən bir qrupu ilə görüşüb.


DİN-dən AzNews.az-ad verilən məlumata görə, Daxili işlər, prokurorluq və dövlət təhlükəsizlik orqanları əməkdaşları tərəfindən qəsəbədə ictimai asayişin, təhlükəsizliyin tam bərpa olunması məqsədi ilə həyata keçirilən əməliyyat-axtarış və profilaktiki tədbirlərindən danışan nazir R.Usubov, ölkəmizin hər yerində olduğu kimi, Nardaranda da bu gün kriminogen durumun tam nəzarətdə olduğunu vurğulayıb. Qəsəbədə aparılan intensiv tikinti-quruculuq və sakinlərin sosial-məişət problemlərinin qısa müddətdə aradan qaldırılması üçün görülən işlərə də toxunan nazir göstərilən istiqamətlərdə tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Qəsəbə ictimaiyyəti adından orta məktəb direktoru Ağası Orucov, sakin Tofiq Həsənov və başqaları çıxış edərək vurğulayıblar ki, artıq qəsəbədə su, işıq, qaz kimi problemlər tam həllini tapıb, şagirdlər təhsilə cəlb olunublar.

Daxili işlər naziri R.Usubov görüşdə ictimaiyyət nümayəndələri tərəfindən qaldırılan bəzi problemlərin də həll olunması üçün digər dövlət qurumları ilə birlikdə müvafiq işlərin görüləcəyini bildirib.