Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev növbəti dəfə rayon sakinləri ilə görüşüb. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev növbəti dəfə rayon sakinləri ilə görüşüb.

Bahar Muradova və icra başçısı sakinlərlə görüşdə - Fotolar

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev növbəti dəfə rayon sakinləri ilə görüşüb.


AzNews.az xəbər verir ki, növbəti səyyar-qəbul görüşü rayonun cəbhə xəttinə bir neçə yüz metr məsafədə yerləşən Şükürbəyli və Qazaxlar kəndlərində keçirilib. Görüşdə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, Füzuli rayonundan millət vəkili Bahar Muradova, rayonun idarə, müəssisə, təşkilatları, hüquq mühafizə orqanlarının rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.

Səyyar qəbul-görüşdə çıxış edən Alı Alıyev bildirib ki, cəbhə xəttinin bir neçə yuz metrliyində yerləşən Şükürbəyli və Qazaxlar kəndləri fasiləsiz işıq, su, qaz ilə təmin olunub, hər iki yaşayış məntəqəsinə müasir asfalt örtüyü çəkilib, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün güzəşt və imtiyazlardan istifadə edirlər. Şükürbəyli və Qazaxlar kəndlərində məktəb, uşaq bağçası, xəstəxana, kitabxana, poçt məntəqəsi fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.

Görüşdə kənd sakinlərinin problemləri dinlənilib, onları narahat edən məsələlər vətəndaşlarla birgə müzakirə olunub, mövcud nöqsan və çatışmazlıqların ictimai nəzarət qaydasında həll olunmasına çalışılıb.

Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.