Metabolizmi sürətləndirən ədviyyatlar bunlardır

Çörək otu: Qanda şəkərin miqdarının tənzimlənməsinə kömək edir.

Qış mövsümündə passiv həyatın yaşanması, gecələrin uzanması ilə bərabər, gec yemək, daha çox karbohidrat qəbulu və az su içmək problemi hamımızın metabolizminin (maddələr mübadiləsi) zəifləməsinə səbəb olur.

Maddələr mübadiləsini sürətləndirmək üçün ədviyyatların gücündən mütləq yararlanmaq lazımdır.

AzNews.az Türkiyə mətbuatına istinadən dietoloq Dilara Demirkanın məsləhət bildiyi, metabolizmi gücləndirən ədviyyatların adlarını təqdim edir:

Zəncəfil: Maddələr mübadiləsini sürətləndirir, iştaha nəzarət edir

Darçın: İnsulini tənzimləyir.Yaşıl çayın içinə atılan bir parça darçın ilə bel nahiyyəsindəki yağların yanmasına kömək edə bilərsiniz.

Xardal: Sürətli kilo itirmənizə kömək edir. Müntəzəm olaraq 1 çay qaşığı qəbul edilən xardal metabolizmi təxminən 25% artırır.

İstiot: Həzmi asanlaşdırır, maddələr mübadiləsini sürətləndirir.

Çili bibəri: Metabolizmi sürətləndirərək yağları əritməyinizə kömək edir, iştahı zəiflədir.

Çörək otu: Qanda şəkərin miqdarının tənzimlənməsinə kömək edir.İştahı zəiflədir.

Səidə Vahid

AzNews.az