Sözün istifadəsi 10,796 faiz artıb Sözün istifadəsi 10,796 faiz artıb

İngilis dilində “ilin ifadəsi” açıqlanıb

Sözün istifadəsi 10,796 faiz artıb

İngilis dilinin Oksford lüğəti (Oxford Dictionary) 2019-cu ilin ifadəsi (word of the year) olaraq “climate emergency” (iqlimin təcili halı) ifadəsini seçib.

Oksford lüğətinin saytında xəbər verilir ki, “iqlim dəyişikliklərinə son qoymaq və ya onu dayandırmaq, nəticəsi olaraq ətraf mühitin çəkəcəyi potensial olaraq dönməz zərərin qarşısını almaq üçün təcili addımları şərtləndirən vəziyyət” şəklində izah edilən həmin ifadənin seçimi iqlimlə bağlı problemlərə dair ictimaiyyətin artan marağı və müzakirələrin geniş vüsət alması ilə izah edilir.

Həmçinin BMT-nin Baş katibi Antonio Quterreşin də ətraf mühit mövzusunu “zəmanəmizin taleyüklü məsələsi” olaraq səciyyələndirdiyi xatırladılır.

İstifadəsi 10,796 faiz artan “iqlimin təcili halı” ifadəsinin beləcə “nisbətən qaranlıq” vəziyyətdən 2019-cu ilin “ən çox qabardılan və qabarıq müzakirə olunan” söz olanadək irəlilədiyi qeyd olunur.

Bu ildə ötən ildən 100 dəfə çox işləndiyini vurğulayan lüğət nümayəndələri bütövlükdə “climate action” (iqlim fəaliyyətləri), “climate crisis” (iqlim böhranı), “climate denial” (iqlim dəyişikliyinin inkarı), “eco-enxiety” (ekoloji narahatlıq) kimi iqlimlə bağlı ibarələrin gündəlik danışıqda mühüm yer tutduğunu diqqətə çatdırıblar. (report)

AzNews.az