68 yaşlı universitet tələbəsi kənddən onlayn dərslərə qoşulur

68 yaşlı universitet tələbəsi kənddən mobil telefonla onlayn dərslərdə iştirak edir.
Türkiyənin Qars vilayətinin Səlim rayonunda yaşayan 2 övladı və 3 nəvəsi olan Ayşen Arda İşçi (68 yaş) evindən onlayn olaraq Kafkas Universitetinin İqtisadiyyat və İnzibati Elmlər Fakültəsinin Siyasi Elm və Beynəlxalq Münasibətlər Departamentinin kurslarını izləyir. Gündəlik işlərini gördükdən sonra cib telefonu ilə dərsə qoşulan Ayşen İşçi, "Həyat mənə təslim olmamağı öyrətdi. Vaz keçmək, yorulmaq prinsiplərimə ziddir və döyüşürəm. Hazırda məktəbi bitirib diplomumu almaq istəyirəm” deyib.

Aznews.az Türkiyə mediasına istinadən bildirir ki, İstanbul Bakırköydə doğulan, ibtidai və orta təhsilini burada tamamlayan Ayşen Arda İşçi təqaüdə çıxdıqdan sonra 15 il əvvəl əri ilə Qarsın Səlim rayonunun Çavlak kəndində məskunlaşıb. 2017-ci ildə Qarsda oxuduğu təhsil litseyini müvəffəqiyyətlə bitirdikdən sonra, 2020-ci ildə İmtahan verən İşçi Qarsdakı Kafkas Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsi Siyasi Elmlər və Beynəlxalq Münasibətlər Bölməsinin qalibi olub.

O, bir tərəfdən ev işlərini görür, digər tərəfdən də dərslərini izləyir. Qarslıların “Aysen xala” dediyi bu xanım "oxumağın yaşı yoxdur" deyir.

Onun fikrincə, insan hər şeyi edə bilər və oxumaq üçün yaş həddi yoxdur. "Həyat birtəhər davam edir" demək, məncə, mənasız sözdür. 68 yaşlı tələbə "Məqsədim kənddə gənc yaşda ailə quran qızlarımıza nümunə olmaqdır. Ölkəmizin irəli getməsi üçün xüsusilə qızlar oxusun”, - deyə söyləyib.

"HƏYAT MƏNƏ GÖZLƏMƏMƏYİ ÖYRƏTDİ"

Ayşen Arda İşçi daha sonra deyir:

- Həyat mənə ruhdan düşməməyi öyrətdi. Təslim olmaq, yorulmaq, mübarizədən əl çəkmək mənim prinsiplərimə ziddir. Mən indi universiteti bitirmək, diplom almaq istəyirəm. Gələcək hədəflərimlə bağlı heç nə edə bilməsəm də, nümunə olaraq qalmağa davam edəcəm. Kənd qadınlarına, oxumaq istəyənlərə də məsləhətim var. Gənclərimizin əksəriyyəti hazırda təhsil alır. Amma gənc yaşda məktəbi tərk edənlər də var. Mən o qızlara, oğlanlara örnək oldum. Yəni savadlı adamdan heç bir zərər gəlmir. Ölümü gözləməyə ehtiyac yoxdur. Ölüm gələndə demir ki, gəlirəm. Bir anda gəlir.

Nuray

AzNews.az

image description image description image description