Arzuları gerçəkləşdirmək üçün populyar ritual - 369 metodu nədir?

Arzularınızı və istəklərinizi gerçəkləşdirməyə başlamağın bir çox yolu var — arzular lövhəsi hazırlamaqdan tutmuş cazibə qanunu ilə işləməyə qədər. Son dövrlərdə ən çox diqqət çəkən üsullardan biri isə 369 ritualıdır.

Bəs 369 metodu nədir və necə tətbiq olunur?

369 metodu nədir?

369 metodu səhər 3 dəfə, gün ərzində 6 dəfə və axşam 9 dəfə həyata keçirmək istədiyiniz arzunu yazmaqdan ibarətdir. Bu ideyanın əsasında duran yanaşma 20-ci əsrdə məşhur ixtiraçı Nikola Tesla tərəfindən irəli sürülüb. O, 3, 6 və 9 rəqəmlərinin xüsusi gücə malik olduğuna inanırdı.

Ruhani məsləhətçi Diana Zalucky isə bildirir ki, Tesla bu rəqəmləri “kainatın kilidini açan açar” hesab edirdi.

Bu metod ümumilikdə diqqət etdiyimiz şeyləri özümüzə cəlb etdiyimizi deyən “cazibə qanunu” ilə uyğun gəlir. Hipnoterapevt və “Wishcraft” kitabının müəllifi Shauna Cummins qeyd edir ki, insan istədiyi şeyə davamlı fokuslandıqda, beyin onu tapmağa və reallaşdırmağa daha meyilli olur.

Rəqəmlərin mənası

369 metodu numerologiya ilə cazibə qanununun birləşməsidir:

  • 3 – mənbə və ya kainatla əlaqəni təmsil edir

  • 6 – daxili güc və harmoniya

  • 9 – yenilənmə və transformasiya (köhnəni buraxmaq, dəyişmək)

369 ritualı necə edilir?

Başlamazdan əvvəl nə istədiyinizi dəqiq müəyyənləşdirməlisiniz. Daha sonra bir təsdiq (affirmasiya) cümləsi qurursunuz. Məsələn:

“Mən böyük məbləğdə pul qazanıram”

Sonra:

  • Səhər oyandıqdan dərhal sonra 3 dəfə yazın

  • Günorta 6 dəfə yazın

  • Yatmazdan əvvəl 9 dəfə yazın

Qeyd

Unutmayın ki, bu metod (və ümumiyyətlə bütün “arzunu gerçəkləşdirmə” üsulları) yalnız siz də real addımlar atdıqda daha effektiv olur. Fokus + hərəkət birlikdə nəticə verir — rəqəmlər isə sadəcə köməkçi rol oynayır.

Mövsüm,

AzNews.az