İttiham iş adamı Silva Ambartsumyanın şikayəti əsasında irəli sürülüb. İttiham iş adamı Silva Ambartsumyanın şikayəti əsasında irəli sürülüb.

Koçaryana qarşı yeni ittiham irəli sürüldü

İttiham iş adamı Silva Ambartsumyanın şikayəti əsasında irəli sürülüb.

Ermənistan Xüsusi İstintaq Xidməti bu gün eks-prezident Robert Koçaryana qarşı yeni ittiham irəli sürüb.

Bu barədə Koçaryanın vəkilləri məlumat veriblər.

Eks-prezidentə “külli miqdarda rüşvət alma” maddəsi ilə cinayət işi açılıb. İttiham iş adamı Silva Ambartsumyanın şikayəti əsasında irəli sürülüb.

Sahibkar 2018-ci ildə mətbuat-konfranslarından birində bəyan etmişdi ki, 2008-ci ildə ərəblərlə böyük bir müqavilə imzalayıb və “mane olmaması üçün” o zamanki prezident Koçaryana rüşvət verib.

Ermənistanın eks-prezidenti isə öz növbəsində iş adamını məhkəməyə verərək onu böhtan atmaqda günahlandırıb.

Qeyd edək ki, hazırda həbsdə olan R. Koçaryan 1 mart 2008-ci il hadisələri zamanı konstitusion quruluşun devrilməsində ittiham olunur. (qafqazinfo)

AzNews.az