İşğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətin dayandırılması ilə bağlı çağırışlar edilib. İşğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətin dayandırılması ilə bağlı çağırışlar edilib.

AŞPA-da Azərbaycanla bağlı tədbir keçirildi

İşğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətin dayandırılması ilə bağlı çağırışlar edilib.

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “Azərbaycanın işğal olunmuş ərazilərində və onlara münasibətdə qanunsuz fəaliyyətlər: Avropa Şurası qarşısında götürülmüş öhdəliklər baxımından nəticələr” adlı panel iclası keçirilib.

Azərbaycan AŞPA-dakı nümayəndə heyətinin və AŞPA yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə ölkə ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu bildirilib.

Yığıncaqda həmçinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı 7 rayonun ermənilər tərəfindən talan edilməsi, həmin ərazilərdə qeyri-qanuni fəaliyyət göstərilməsi pislənilib. İşğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətin dayandırılması ilə bağlı çağırışlar edilib.

Tədbirdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, ölkənin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında daimi nümayəndəsi Çingiz Əsgərov, Beynəlxalq Hüquq İnstitutunun üzvü, İtaliyanın Guido Carli LUİSS Universitetinin beynəlxalq hüquq üzrə professoru Natalino Ronzitti və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov çıxış ediblər. Onlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında aparılan qeyri-qanuni fəaliyyətlər, habelə təbii sərvətlərin talan edilməsi, tarixi-mədəniyyət abidələrinin mənimsənilməsi və s. toxunublar.

Yığıncaqda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı qərarından da danışılıb.

AzNews.az