"Bəlkə indi Qarabağ məsələsinin həlli üzrə sülhməramlıların rəqabəti başlayar" "Bəlkə indi Qarabağ məsələsinin həlli üzrə sülhməramlıların rəqabəti başlayar"

“Ciddi irəliləyişlər üçün yaxşı şans var”

"Bəlkə indi Qarabağ məsələsinin həlli üzrə sülhməramlıların rəqabəti başlayar"

"Rəsmi Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində təşəbbüsü Moskvanın əlindən almaq istəyir".

Bu barədə rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov ABŞ dövlət katibinin Dağlıq Qarabağ məsələsi üzrə xarici işlər nazirləri səviyyəsində danışıqların növbəti mərhələsinin Vaşinqtonda keçirilməsinə dair təklifini şərh edərkən bildirib.

"Vaxtilə Rusiya Suriyaya qoşun yeritdi və İŞİD ilə müharibəyə başladı. ABŞ da dərhal oraya qoşun göndərdi və koalisiyanın başında İŞİD-ə qarşı real mübarizə aparmağa başladı. Bir növ İŞİD-ə qarşı döyüşənlərin yarışması formalaşdı", - S.Markov deyib.

Onun fikrincə, rəsmi Vaşinqton Dağlıq Qarabağ məsələsinin nizamlanmasında Rusiyanın vasitəçiliyinin real nəticə verəcəyini görən kimi Moskvanı qısqanıb.

"Bəlkə indi Qarabağ məsələsinin həlli üzrə sülhməramlıların rəqabəti başlayar", - rusiyalı ekspert bildirib.

Nizamlama perspektivləri barədə danışan politoloq münaqişənin həllinə ümid etdiyini vurğulayıb: "Düşünürəm ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda artıq bu il ciddi irəliləyişə nail olunmasına dair yaxşı şanslar var".(report.az)

AzNews.az