Xəbəri XİN-in mətbuat katibi Leyla Abdullayeva yayıb Xəbəri XİN-in mətbuat katibi Leyla Abdullayeva yayıb

Məmmədyarov Vaşinqtonda həmsədrlərlə görüşdü

Xəbəri XİN-in mətbuat katibi Leyla Abdullayeva yayıb

Vaşinqtonda rəsmi səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Bunu öz "Twitter" səhifəsində XİN-in mətbuat katibi Leyla Abdullayeva yazıb.

"Hazırda Xarici İşlər naziri Elmar Məmmədyarov Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Endryu Şofer, Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşiklə görüşür", - deyə o qeyd edib. (Report)