“Onun ölkəsindəkiylə Azərbaycandakı reallıq arasındakı fərq ortadadır”

"Azərbaycanda YAP başda olmaqla əksər partiyalar bir araya gələrərk açıq dialoq aparırlar"

Azərbaycan Milli Məclisinin deputatı Sahib Alıyev siyasi partiyalar arasında baş tutmuş görüş haqqında erməni deputatın fikirlərinə münasibət bildirib:

"Dünən "Park İnn" oteldə Azərbaycandakı əksər siyasi partiyaların lider və funksionerlərinin bir araya gəlməsi, Dağlıq Qarabağ problemi başda olmaqla milli məsələlərin həllinə yanaşmada vahid mövqe ortaya qoymaları bizim xaricdəki “dostlarımız”ın da diqqətindən qaçmayıb. Məsələn, Ermənistan Parlamentinin Tatevik Hayrapetyan deyilən bir üzvü həmən tədbirdən şəkil yayaraq bunun “Azərbaycanda daxili məsələlər haqda çox şey” dediyini vurğulayıb".

Deputat daha sonra qeyd edib: "Bilmirəm Hayrapetyan “çox şey” deyəndə nə nəzərdə tutur. Amma onun ölkəsindəkiylə Azərbaycandakı reallıq arasındakı fərq ortadadır. Ermənistanda baş nazir Paşinyan “Sasna tserer” terror qrupunun rəhbərliyindəkilərlə bağlı qapılar arxasında görüşür, o görüşün nə məqsədə xidmət etdiyi, orada nədən danışıldığı gizli saxlanılır. Azərbaycanda isə YAP başda olmaqla əksər partiyalar bir araya gələrərk açıq dialoq aparırlar. Və bununla da Prezidentin köməkçisi Əli Həsənovla baş nazirin müavini Əli Əhmədovun bir neçə gün öncə dövlətin, dövlət başçısının yeritdiyi siyasətlə bağlı verdikləri açıqlamaların doğruluğu, elə həm də aktuallığı bir daha öz təsdiqini tapmış olur".

AzNews.az