Əfqanıstan Dağlıq Qarabağın işğalına son qoyulmasını tələb edir Əfqanıstan Dağlıq Qarabağın işğalına son qoyulmasını tələb edir

Əfqanıstan XİN: “Dağlıq Qarabağ bölgəsi Azərbaycanın bir hissəsidir"

Əfqanıstan Dağlıq Qarabağın işğalına son qoyulmasını tələb edir

“Əfqanıstan İslam Respublikasının Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ bölgəsində Ermənistan və Azərbaycan arasında davam edən şiddətli toqquşmalar nəticəsində insan itkilərinə və dağıntılara görə təəssüfünü və narahatlığını bildirir”.

AzNews.az "Report"a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan XİN-in bəyanatında bildirilib.

“Dağlıq Qarabağ bölgəsi Azərbaycanın bir hissəsidir və beynəlxalq səviyyədə də belə tanınıb. Əfqanıstan Dağlıq Qarabağın işğalına son qoyulmasını tələb edir və Azərbaycan hökuməti və xalqının, həmçinin dünyanın digər ölkələrinin bu məsələdə səylərini dəstəkləyir.

Əfqanıstan İslam Respublikasının Xarici İşlər Nazirliyi atəşkəsin bərpasına və bölgədəki uzun müddətdir davam edən böhranın sülh yolu ilə həllinə çağırır”, - XİN-in bəyanatında bildirilib.