Onu Artur Davtyan qarşılayıb Onu Artur Davtyan qarşılayıb

İqor Krasnov Yerevana gedib

Onu Artur Davtyan qarşılayıb

Rusiyanın baş prokuroru İqor Krasnov Ermənistanda səfərdədir.

Bunu Ermənistan Baş Prokurorluğunun ictimaiyyətlə əlaqələr üzrə bölməsinin müdiri Arevik Xaçatryan feysbuk səhifəsində yazıb.

“Ermənistanın baş prokuroru Artur Davtyan aprelin 8-də Yerevanın “Zvartnos” hava limanında Rusiyanın baş prokurorunu qarşılayıb”, - o bildirib.

Daha sonra tərəflər arasında görüş keçirilib. Görüşün yekununda Rusiya və Ermənistan Baş prokurorluqları arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair müqavilə imzalanıb.

Qeyd edək ki, səfər Ermənistanın baş prokurorunun dəvəti ilə reallaşıb. (report)