Tamaşanı Orxan Həşimov idarə edəcək. Tamaşanı Orxan Həşimov idarə edəcək.

Ukrayna baletinin ulduzu “Jizel” baletində

Tamaşanı Orxan Həşimov idarə edəcək.

Fevralın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya Adolf Adanın “Jizel” baletinin tamaşası keçiriləcəkdir.

AzNews.az-ın məlumatına görə, tamaşada baş rolda Ukrayna Milli Operasının tanınmış prima-balerinası, Ukraynanın Xalq artisti Tatyana Qolyakova çıxış edəcək.

Q.Qolyakova bir sıra beynəlxalq balet müsabiqələrinin laureatıdır. Bir çox xarici ölkələrdə - Almaniya, Avstriya, İtaliya, İsveçrə, Belçika, Fransa, Hollandoya, İspaniya, ABŞ, Yaponiya, Avstraliya və s. qastrol səfərlərində olub.

T.Qolyakovanın tərəf-müqabili kimi tamaşada Qraf Albert partiyasını digər Ukraynalı balet ustası, beynəlxalq müsabiqələr laureatı Stanislav Olşanski ifa edəcək.

Mirta rolunda isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının gənc solisti, balet artistlərinin Almaniyada keçirilən müsabiqəsinin bürünc mükafatçısı (2014) Ayan Eyvazova çıxış edəcək.

Tamaşanı dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimov idarə edəcək.

AzNews.az