- Mədəni adam
- 28 Mart 2019 11:48
- 4 022
Aktyorun vəziyyəti pisləşdi - Qarnına 10 litr su yığılıb

Yalçın qaraciyər serrozu xəstəliyindən əziyyət çəkir.
Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimovun səhhəti pisləşib.
Bu barədə AzNews.az-a teatrın direktor müavini Vidadi Məmmədov məlumat verib.
Onun sözlərinə görə, aktyora qaraciyər xəstəliyi diaqnozu qoyulub:
“Yalçının bir ay bundan əvvəl səhhətində problemlər yaranıb. Qarnına su yığılmışdı. Müalicə olundu, özünü yaxşı hiss etdiyindən xəstəxanadan evə buraxıldı. Bir həftə olar ki, aktyorun səhhəti yenidən pisləşib və xəstəxanaya yerləşdirilib. Həkimlərin dediyinə görə, Yalçın qaraciyər serrozu xəstəliyindən əziyyət çəkir. Aktyorun qarnında 10 litr su yığılıb. Vəziyyəti orta ağırdır”.
Bahar RÜSTƏMLİ
AzNews.az
