- Mədəni adam
- 23 Aprel 2019 12:45
- 2 979
“Eurovision 2019” təmsilçimizin tanıtım çarxı çəkildi - VİDEO
Çəkiliş prosesi maraqlı xatirələrlə yadda qalıb
Azərbaycanı “Eurovision 2019” mahnı müsabiqəsində təmsil edəcək Çingiz Mustafayevin tanıtım çarxının çəkilişləri yekunlaşıb.
“Arzulamağa qərar ver: rəqs et” mövzusundakı video çarx Azərbaycan və İsrail dostluğu ilə yanaşı müsabiqə iştirakçılarının birliyini də nümayiş etdirir.
Müxtəlif və bir-birindən gözəl məkanlarda reallaşan çəkiliş prosesi maraqlı xatirələrlə yadda qalıb.
Qeyd edək ki, Çingiz Mustafayev Təl-Əvivdə keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycanı “Truth” (Həqiqət) adlı mahnı ilə ikinci yarım finalda 18-ci nömrə ilə təmsil edəcək.
AzNews.az