Qonaqlarım gəlir, çox çətinlik çəkirdim Qonaqlarım gəlir, çox çətinlik çəkirdim

Xalq şairi Prezidentə təşəkkür etdi: Məni darlıqdan xilas etdi

Qonaqlarım gəlir, çox çətinlik çəkirdim

Azərbaycan Prezidenti Xalq şairi Musa Yaqubu mükafatlandırıb.

AzNews.az xəbər verir ki, İlham Əliyev Bakı şəhərində ona 3 otaqlı ev hədiyyə edib.

Musa Yaqub AzNews.az-a açıqlamasında informasiyanı təsdiq edərək İlham Əliyevə təşəkkürünü bildirib:

“Evimiz darısqal idi. Çox sağ olsun, məni darlıqdan xilas etdi. Poeziya ilə məşğul olan adamam. Qonaqlarım gəlir, çox çətinlik çəkirdim. Prezident mənə çox böyük ev verib. Allah ömür versin, qonaqlarımı orada rahatca qarşılayım”.

Bahar RÜSTƏMLİ

AzNews.az