Rəy və təkliflərinizin mədəniyyət sahəsində gələcək uğurlarımız üçün əhəmiyyətli olacağını düşünürük Rəy və təkliflərinizin mədəniyyət sahəsində gələcək uğurlarımız üçün əhəmiyyətli olacağını düşünürük

Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət ünvanlayıb

Rəy və təkliflərinizin mədəniyyət sahəsində gələcək uğurlarımız üçün əhəmiyyətli olacağını düşünürük

Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət ünvanlayıb.

Mədəniyyət Nazirliyindən AzNews.az-a verilən məlumata görə, müraciətdə qeyd olunur ki, islahatların və görüləcək işlərin daha keyfiyyətli və səmərəli olmasını təmin etmək üçün mədəniyyətin müxtəlif sahələrində fəaliyyət göstərən təşkilatlar və fərdlərin iştirakı ilə məsləhətləşmələrin aparılması, sahəvi inkişaf proseslərində onların rəy və təkliflərinin nəzərə alınması planlaşdırılır. Bu məqsədlə aşağıdakı suallar ətrafında rəy və təkliflər info@creative.az e-mail ünvanına göndərilə bilər:

1. Mədəniyyət sahəsində siyasət və idarəetmədə gözləntiləriniz nədir?

2. Mədəni irsin mühafizəsi və inkişafı ilə bağlı hansı təklifləriniz vardır?

3. Mədəniyyət sahəsində yerli və beynəlxalq təbliğatın gücləndirilməsi üçün nə kimi yenilikləri təklif edərdiniz?