Şeirləri Serbiya dilinə tərcüməçi Sofija Sotirovski çevirib Şeirləri Serbiya dilinə tərcüməçi Sofija Sotirovski çevirib

Ümid Nəccarinin kitabı Serbiyada çap olunub

Şeirləri Serbiya dilinə tərcüməçi Sofija Sotirovski çevirib

Azərbaycanlı şair Ümid Nəccarinin kitabı Serbiyada işıq üzü görüb.

Bu barədə müəllifin özü məlumat verib.

Kitab “Sunny Beach” nəşriyyatı və “Alma” yayınları tərəfindən Belqradda çap olunub. Şeirləri Serbiya dilinə tərcüməçi Sofija Sotirovski çevirib.

Kitabın necə ərsəyə gəlməsi haqqında danışan müəllif bizimlə hisslərini də bölüşdü:

“Belqradda “Alma” nəşriyyatının rəhbəri təsadüfən ingiliscəyə tərcümə olunan şeirlərimlə rastlaşıb. Mənə mesaj yazdı və kitabımı çap etmək istədiklərini bildirdi, mən də razılaşdım. Bu sevindirici haldır ki, bir nəşriyyatın rəhbəri şeirlərimi oxuyub, bəyənib və bəyəndiyi yazarların əsərlərini nəşr edir”.

Qeyd edək ki, Ümid Nəccari 3 kitab müəllifidir və indiyə qədər bir sıra ölkələrdə – Amerika, İtaliya, İspaniya, Rusiya, Gürcüstan, Özbəkistan, İraq, İran, Türkiyə, Çili, Çexiya, Qazaxıstan və bir çox ölkələrin mətbu orqanlarında şeirləri və yazıları tərcümə olunaraq işıqlandırılıb.