Bakı-Şamax-Yevlax magistral avtomobil yolunda torpaq sürüşməsi aktivləşib. Bakı-Şamax-Yevlax magistral avtomobil yolunda torpaq sürüşməsi aktivləşib.
  • Mahal
  • 2 Aprel 2019 17:35
  •  4 700

Ağsu dolaylarında torpaq sürüşməsi aktivləşib

Bakı-Şamax-Yevlax magistral avtomobil yolunda torpaq sürüşməsi aktivləşib.

Bir neçə gündü yağan intensiv yağışlardan sonra əvvəllər sürüşmələrin qeydə alındığı Ağsu dolaylarının asvalt qatında çatlar əmələ gəlib.

Yolun 140-cı və 145-ci km-də sürüşmə aktivləşib. Sürüşmə nəticəsində magistral yolda çökmələr baş verib. Yol idarəsinin əməkdaşları asvalta tökülən torpaq qatını təmizləməklə hərəkətin çətinləşməsinin qarşısın alırlar.

Qeyd edək ki, Ağsu dolayları sürüşmə zonası olduğundan qış və yaz aylarında aramsız yağışlar səbəbindən torpaq sürüşməsi dahada aktivləşir.(report.az)

AzNews.az