Sürücü xəstəxanaya yerləşdirilib Sürücü xəstəxanaya yerləşdirilib
  • Mahal
  • 4 Noyabr 2019 12:17
  •  2 711

Hacıqabulda avtomobil aşdı - xəsarət alan var

Sürücü xəstəxanaya yerləşdirilib

Bakıda-Qazax yolunda avtomobil aşıb.

Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Ucar sakini, 1986-cı il təvəllüdlü Qurbanov Vüsal Əkbər oğlunun idarə etdiyi "Toyota" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

AzNews.az