Həmin şəxslər kirayə evlə təmin edilib Həmin şəxslər kirayə evlə təmin edilib
  • Mahal
  • 13 Oktyabr 2020 22:56
  •  4 494

Gəncədə evi dağılan vətəndaşlar harada qalırlar? - Hikmət Hacıyev açıqladı

Həmin şəxslər kirayə evlə təmin edilib

Məlum olduğu kimi, oktyabrın 11-nə keçən gecə Ermənistan silahlı qüvvələri cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutub. Nəticədə dağıntılar baş verib, 10 nəfər dinc sakin həlak olub, 34 nəfər yaralanıb.

AzNews.az xəbər verir ki, faciədən sonra ən çox verilən suallardan biri də evi dağılan vətəndaşların harada qalması ilə bağlı olub. Prezidentin köməkçisi Hikmət Hacıyev sosial şəbəkədə suala aydınlıq gətirib. O bildirib ki, həmin şəxslər kirayə evlə təmin edilib. Kirayə haqqını hökumət ödəyir. Vətəndaşlar üçün isə yeni bina tikiləcək.