• Mahal
  • 23 Yanvar 19:07
  •  4 765

Naxçıvanda yenidən zəlzələ oldu

Zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub

Bu gün yerli vaxtla saat 17:22-də Şahbuz stansiyasından 10 km şimal-qərbdə Şahbuz rayonunda zəlzələ qeydə alınıb.

Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AzNews.az-a bildirilib ki, zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Qeyd edək ki, yanvarın 21-də də Şahbuz stansiyasından 11 km şimal-qərbdə Şahbuz rayonunda zəlzələ qeydə alınıb. Yeraltı təkanlar episentrdə 4, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss edilib.