- Mahal
- 4 Avqust 2021 11:07
- 5 597
Sabirabadda avtomobil maneəyə çırpılıb

Xəsarət alan var
Sabirabadda baş verən qəzada bir nəfər xəsarət alıb.
Hadisə Yolçubəyli kəndində baş verib.
Belə ki, Füzuli rayon sakini, 1986-cı il təvəllüdlü sürücü Quliyev Elçin Ziyad oğlu minik avtomobilinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı maneəyə çırpılıb. E.Quliyev qəza nəticəsində müxtəlif xəsarətlər alıb. Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.