Suriya prezidenti Bəşər Əsədə qarşı sui-qəsdə cəhd edildiyi iddia edilir. Suriya prezidenti Bəşər Əsədə qarşı sui-qəsdə cəhd edildiyi iddia edilir.

Prezidentə sui-qəsd cəhdi

Suriya prezidenti Bəşər Əsədə qarşı sui-qəsdə cəhd edildiyi iddia edilir.


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, Suriya mediasında yer alan xəbərlərdə, anasının yas mərasiminə gedən Əsədin maşın karvanına "Qrad" raketləri ilə hücum edildiyi bildirilir.

Hücum zamanı Əsədin heç bir zərər görmədiyi bildirilsə də maşın karvanında olan 4 nəfərin həlak olduğu deyilir.

Hücumu radikal təşkilat Ahrar el Şamın hazırladığı bildirlir. Əsəd ailəsinin vətəni hesab edilən Qardahada son zamanlar rus silahlılarının çoxluq təşkil etdiyi qeyd olunur.

Ötən həftə Suriya prezidenti Bəşşar Əsədin 86 yaşlı anası Enise Mahluf dünyasını dəyişib.


Bəşar Əsədin anası