Ukrayna Ali Radasının millət vəkilləri “hökumətə etimadsızlıq” rəyinə dair səsvermədə elektron səsvermə sisteminin səsləri saymadığını iddia edirlər. Ukrayna Ali Radasının millət vəkilləri “hökumətə etimadsızlıq” rəyinə dair səsvermədə elektron səsvermə sisteminin səsləri saymadığını iddia edirlər.

Ukraynada Baş nazir skandalı – Deputatların səsi sayılmadı

Ukrayna Ali Radasının millət vəkilləri “hökumətə etimadsızlıq” rəyinə dair səsvermədə elektron səsvermə sisteminin səsləri saymadığını iddia edirlər.


AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, "Batkivşina" partiyasının deputatı İqor Lusenko öz feysbuk səhifəsində hökumətin istefasının lehinə olan yaşıl düyməni basdığını bildirib: "Sonra məlum oldu ki, mənim və "Samopomoş"dan olan Yelena Sotnikin səsvermə düyməsi işləməyib".

"Sabah parlamentin spikeri Vladimir Qroysmanın istefanı yenidən səsverməyə çıxarmaq üçün yaxşı şansı olacaq. Çünki texniki nasazlığa dair real əsas var. Qroysman hər bir qanunu qanunsuz olaraq 10 dəfə səsverməyə çıxarırsa, nəyə görə tamamilə qanuni olaraq heç olmasa bir dəfə yenidən səsvermə keçirilməsin?", - deyə o, müraciət edib.

Ukrayna prezidentinin partiyası "Petro Poroşenko Bloku"ndan olan millət vəkili Konstantik Usov da səsinin qeydə alınmadığını bildirib: "Diqqətli oxuculara təşəkkür edirəm. Onlar Ali Radanın rəsmi saytında verilən məlumata əsasən, Radanın sisteminin mənim səsimi ümumiyyətlə qeydə almadığını göstərdilər. Sistem məni ümumiyyətlə "səs vermədi" kimi müəyyən edib. Lakin mən öz iş yerimdə olmuşam və şahidlərin iştirakı ilə yaşıl düyməyə basmışam. Sabah müvafiq ərizə verəcəyəm".

Xatırladaq ki, fevralın 16-da Ali Rada uzun müddətli debatlardan sonra Baş nazir Arseni Yatsenyuku istefaya göndərə bilməyib. İstefanın lehinə gərəkli olan 226 səsdən yalnız 194-ü toplanıb. Nəticədə parlamentdə paradoksal vəziyyət yaranıb – səsvermədən bir neçə dəqiqə öncə deputatlar hökumətin işini qeyri-qənaətbəxş hesab edib, lakin Kabineti istefaya göndərmək mümkün olmayıb.

Aydan AXUNDOVA