“Əl Qaidə” və “Cəbhət ən Nüsrə” terror təşkilatları ilə əlaqəli “Ceyş əl-İslam” qruplaşmasının silahlıları Suriyanın paytaxtı Dəməşqi minaatanlardan atəşə tutublar. “Əl Qaidə” və “Cəbhət ən Nüsrə” terror təşkilatları ilə əlaqəli “Ceyş əl-İslam” qruplaşmasının silahlıları Suriyanın paytaxtı Dəməşqi minaatanlardan atəşə tutublar.

Terrorçular Dəməşqi bombaladılar

“Əl Qaidə” və “Cəbhət ən Nüsrə” terror təşkilatları ilə əlaqəli “Ceyş əl-İslam” qruplaşmasının silahlıları Suriyanın paytaxtı Dəməşqi minaatanlardan atəşə tutublar.


AzNews.az APA-ya istinadən xəbər verir ki, terrorçular paytaxtı Cobar və Duma şəhərlərindəki mövqelərindən atəşə tutublar. Ölən və yaralananlar barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, "Əl Qaidə" və "Cəbhət ən Nüsrə" terror təşkilatlarının müttəfiqləri hesab edilən "Ceyş əl-İslam" və "Ahrar əş-Şam" qruplaşmaları Cobar və Duma yaşayış məntəqələrində güclü mövqelərə malikdirlər.

Hər iki qruplaşma bu gündən qüvvəyə minən müvəqqəti atəşkəs rejimini dəstəkləməkdən imtina edib.