Beşiktaş bələdiyyə başqanı Murad Hazinedar Kənan İşıkın ölməsiylə bağlı xəbəri təkzib edib. Beşiktaş bələdiyyə başqanı Murad Hazinedar Kənan İşıkın ölməsiylə bağlı xəbəri təkzib edib.

Kənan İşıkın ölüm xəbəri yalan çıxdı - Yenilənib

Beşiktaş bələdiyyə başqanı Murad Hazinedar Kənan İşıkın ölməsiylə bağlı xəbəri təkzib edib.


O, "Twitter" hesabında "Kənan İşıkı itirdik" açıqlamasından sonra bu gün daha bir açıqlama yazaraq üzr istəyib:

"Dünən gecə sosial şəbəkədəki paylaşımlardan sonra "Twitter"imi idarə edən şəxs Kənan İşıkın haqqında bir tvit atıb. O zaman mən xarici ölkədə idim. Daha sonra xəbərin yalan olduğunu öyrəndim. Sosial şəbəkəmi idarə edən şəxs haqqında lazımi tədbir görülüb. Bu kədərli xəbəri eşidər-eşitməz K. İşıkın həyat yoldaşı Beril xanıma zəng edərək təəssüfləndiyimi bildirdim".

İşıkın köməkçisi Fuad Torlaq da açıqlamasında qeyd edib ki, sənətçinin səhhətində heç bir dəyişiklik yoxdur və onun evdə müalicəsi davam etdirilir.

***
12:46

Türkiyənin məşhur aktyor və teleaparıcısı Kənan İşıq vəfat edib.

Türkiyə mediasının verdiyi xəbərə görə, iki il öncə idman zalında yıxılaraq, beyin qanaması keçirən İşıq bu gün səhər saatlarında evində vəfat edib.

Qeyd edək ki, Kənan İşıq 2014-cü ilin mart ayında getdiyi idman zalının hamamından çıxarkən ayağı sürüşmüş və yıxılaraq başından ciddi zərbə almışdı.