- Köhnə - Dünya
- 15 Aprel 2016 22:41
- 2 860
Əfqanıstanda bir gün ərzində - 70 silahlı öldürüldü
Əfqanıstan hərbiçiləri bir gün ərzində 70-dən artıq silahlı məhv ediblər.
Bu barədə məlumat Sinxua agentliyində yer alıb.
Məlumata görə, ölkənin 12 əyalətində dünən axşam başlayan əməliyyatlarda, 74 silahlı öldürülüb, azı 11 silahlı isə yaralanıb.
O da bildirilir ki, öldürülənlərdən 41 nəfəri İŞİD terror qruplaşmasının üzvü olub.
Əməliyyatlar zamanı Nəngərhar və Qəndahar əyalətlərində silahlıların məşq düşərgələri məhv edilib. Döyüşlər zamanı 6 nəfər təhlükəsizlik xidmətinin əməkdaşıda həlak olub.
Musavat.com