Türkiyə konsulluğuna hücum edildi - Fransada

Türkiyənin Fransadakı konsulluğuna hücum edilib.


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib. Məlumata görə, Türkiyənin Marseldəki konsulluğuna 2 şəxs tərəfindən "molotov kokteylləri" atılıb.

"Molotov kokteylləri"ndən birinin Türkiyə bayrağının dirəyinə dəydiyi və bayrağın bir hissəsinin yandığı bildirilir.

Hücumu təşkil edən şəxslər dərhal hadisə yerindən uzaqlaşıblar.

Aydan AXUNDOVA